!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sabir bəy bizi seçdi, biz də onu seçəcəyik” – Neftçalalılar çağırış etdi - VİDEO

!Reklam – Yazi

61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı Tatarməhəllə kəndinin sakinləri ilə görüş keçirib.

Yenicag.az xəbər verir ki, kənd sakinləri S.Rüstəmxanlının gördüyü işlərdən danışıb, onun zaman-zaman mətbuatda xalqın problemləri ilə bağlı qaldırdığı məsələlərdən söz açıblar. Onlar S.Rüstəmxanlının yaradıcılığı, eləcə də ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd ediblər.

Seçicilər S.Rüstəmxanlıya səs verəcəklərini və bundan qürur hissi keçirdiklərini bildiriblər:

“Bu dairədən xeyli adamlar namizəd olsa da, biz Sabir Rüstəmxanlını seçirik. Çünki istəyirik səsimizi aidiyyəti qurumlara çatdıra bilən bir şəxsiyyət millət vəkilimiz olsun. Burdan namizədliyini irəli sürən digər adamlar lap seçilsə belə, onlar qapı arxasında gözləyəcəkləri halda, Sabir bəy həmin qapıları asanlıqla aça bilən şəxsiyyətdir. Buna görə də neftçalalılar, eləcə də kəndimizin sakinləri yekdil olaraq, Sabir Rüstəmxanlını dəstəkləyirik”.

Tədbirdə çıxış edən Ümid partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev ölkənin tanınmış şəxsiyyətlərinin Sabir Rüstəmxanlı haqqında dedikləri fikirləri səsləndirib, sonra isə sakinlərin yekdil olaraq ona səs verəcəyini deyib: “Sabir bəy Neftçalanı seçdi, biz də onu seçəcəyik. Bu, bizim vətəndaşlıq missiyamızdır. Mən başqa namizədlərin plakatlarına baxanda, onların verdikləri vədlərlə tanış olanda açığı, təəssüf hissi keçirirəm. Qardaşlar, axı sadaladığınız problemləri həll etmək sizin gücünüz daxilində deyil! Namizədlər arasında həmin məsələləri həll edə biləcək bir insan var, o da Sabir bəydir. O Xalq şairidir, o ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Ona görə də, sizin qapınıza gələn namizədlərə deyin ki, bağışlayın bizim namizədimiz var, o, Sabir Rüstəmxanlıdır”.

Çıxışçı bu dairədən deputatlıq iddiasına düşən şəxslərə də səslənib: “Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm. Eyni addımı Müsavat partiyasının yerli təşkilatının sədri də atdı. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlnı dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.

Daha sonra çıxış edənlər bildiriblər ki, kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlar üçün mühüm addımlar atılıb; kəndə həm yol, həm qaz xətti çəkilib. Amma onlar qonşu kəndlərdə həm yol, həm də qaz xəttinin çəkilməsi ilə bağlı problemlərin olduğunu bildiriblər. Sabir Rüstəmxanlıdan xahiş ediblər ki, seçiləcəyi təqdirdə həmin problemlərin həlli istiqamətdə müəyyən işlər görsün.

Sonda kənd sakinləri ayrı-ayrılıqda çıxış edərək şəxsi problemləri barədə danışıblar. Bəziləri təhsil, iş, bəziləri sosial müavinətlərlə bağlı porblemlərini dilə gətirərək, S.Rüstəmxanlıdan kömək istəyiblər.

 

 

 

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv