Xalq şairi Sabir Rüstəmxanlının son zamanlar Milli Məclis və ümumiyyətlə gözəl məmurlarımız haqqında dedikləri görünür çoxlarının yuxusuna ərşə çəkib. Əvvəla, onu qeyd edim ki, Sabir bəy 25 illik millət vəkilliyi dönəmində parlamentimizdə həqiqi mənadan millətimizi təmsil edən vəkillərdən biri olmuşdur. O, bu gün yazdıqlarını, söylədiklərini mən 30 ildir eşidirəm. Dövlətçilik marağından hər kəsin dilə gətirməyə cəsarət etmədiyi millətimiz üçün həyatı məsələləri daim paralament tiribunasında səsləndirmişdir. Eyni zamanda ölkəmizdə bütün tale yüklü məsələlərlə bağlı həm parlamentin yığıncaqlarında, həm də dövrü mətbuatda Sabir Rüstəmxanlının fikirlərinə rast gəlmişik. Nədənsə bu nadanlar bu gün insanları çaşdırmağa çalışırlar ki, sanki Sabir bəy deputat olmadığı üçün qisas məqsədi ilə Milli Məclisi tənqid atəşinə tutubdur və təəssüf olsun ki, bunu heç bir tərbiyə kodeksini nəzərə almadan yazan həmdə bir media rəhbəri Eynulla Fətullayevdir.
Əvvələr tanıdığım bu sosialist Eynulla indi nədənsə kapitalist aləmdə var-gör etməyə başlayıb. Görəsən rəhbərlik etdiyi saytları hansı məmurun və ya məmurların və ya hansı qaranlıq dairələrin , qaranlıq sərmayələri ilə yaşadır? Görünür, həmin qara sərmayələrdir ki, bu gün Eynullanın xalq şairinə qarşı qara yaxmağa vadar edir.
Sabir Rüstəmxanlıdan hakimiyyətə qarşı düşmən obrazı yaratmağa çalışmaq təzə ssenari deyil. Hakimiyyət daxilində kimlərinsə öz şəxsi maraqları üçün Sabir bəyə qarşı arada sırada atdıqları böhtan daşları gec-tez öz başlarında partlayacaq. Ölkəmizin bu günki gündə, çətin sosial iqtisadi şəraitdə prezident İlham Əliyevin çağırışına əməl edib, çıxış yolları aramaq əvəzinə təəssüflər olsun ki, bəzi məmurlar hələ də öz havalarını oynayırlar. Özlərinə bağlı media qurumlarından istifadə edərək çirkin kampaniyalarını aparmaqda davam edirlər. Bu gün Sabir Rüstəmxanlıya daş atanlar bir zamanlar Bəxtiyar Vahabzadəni, Cavidi, Müşfiqi daşlamışdılar.
Amma bu nankorlar bilmirlər ki, Milli Ziyalılara ləkə atmaq millətin hesiyyatına toxunmaqdır.Bunu isə millət heç zaman onlara bağışlamayacaqdır.
Samir Adıgözəlli
Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri
www.yenicag.az