Sabirabad sakini Qubada narkotiklə saxlanıldı

media-hightechnic-468x90

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Sabirabad rayon sakini Tural Tağızadə saxlanılıb.

Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və 1 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600