Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində baş verib.
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər – Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
Əlavə məlumat veriləcək.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.