Şabran rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.
Belə ki, R.Hacıyev evinə gələn zaman V.Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.
V.Hacıyev polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
***
12:53
Şabran rayonunda 36 yaşlı kişi qətlə yetirilib.
Yenicag.az-ın məlumatına görə, 1982-ci il təvəllüdlü Ruslan Hacıyev çoxsaylı bıçaq zərbələri alaraq ölüb. Onun 1980-ci il təvəllüdlü Vüsal Hacıyev tərəfindən qətlə yetirildiyi bildirilir.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb./Report/
www.yenicag.az