Sabunçu və Qaradağ sakinlərinin nəzərinə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın rayonları üzrə ayrı – ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam edir.
Növbəti səyyar qəbullar noyabrın 1 – də Sabunçu və Qaradağ rayonlarında keçiriləcək. Sabunçu rayonu üzrə 71 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Zabrat, Balaxanı və Ramana qəsəbələrində yerləşən məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Qaradağ rayonu üzrə 106 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Lökbatan, Buta, Qızıldaş qəsəbəsində yerləşən məktəblərin və 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır. (qafqazinfo.az)