!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şad xəbər: Avtobuslarda sürət məhdudlaşdırılacaq – VİDEO

!Reklam – Yazi

Bakıda sərnişindaşımaya dair təsdiq edilən tələblər toplusunda avtobuslarda sürətin məhdudlaşdırılması da öz əksini tapıb. 

Yenicag.az xəbər verir ki, ötən il Bakıda baş verən 619 yol qəzasının 44-ü avtobusların payına düşür. Bu hadisələr zamanı 23 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Qəzaların əksəriyyətinin də səbəbi yüksək sürət olub. Avtobuslarda sürət məhdulaşdıcı cihazların quraşdırılmasından sonra bu cür hadisələrin də azalacağı gözlənilir.

Epskert Azər Allahverənov ARB-ə bildirib ki, sürət məhdulaşdıcı cihazların tətbiqi xoşa gəlməz halları aradan qaldırmış olacaq:

“Cihaz elə proqramlaşdırılmalıdır ki, avtobusun harda hərəkətdə olmasından aslı olmayaraq adekvat olaraq sürəti seçsin. Bu müəyyən mənada bir az baha başa gələ bilər. Çünki cihazın növündən də aslı olaraq, dəyişir. Yüksək sürət həddi istənilən hallarda bizim yollarda gərginliyə səbəb olurdusa, qəza şəriatinə gətirib çıxarırdısa, həmin cihazların işə salınması avtobusda quraşdırılması təbii ki, dediyimiz bu gərgin anları, xoşa gəlməz halları aradan qaldırmış olacaq”.

Hazırda paytaxtda 2 mindən çox avtobus sərnişindaşıma ilə məşğuldur. Bunun da 600-ə yaxını yeni gətirilən müasir nəqliyyat vasitələridir ki, onlarda da istehsalçı tərəfindən bu mexanizm quraşdırılıb. Lakin sürət limitinin tətbiqi alıcı tərəfindən işə salınmalıdır. Artıq bəzi daşıyıcılar bu mexanizmdən istifadə edərək avtobuslarında sürət həddini məhdudlaşdırıblar.

Daşıyıcı şirkətin rəsmiləri qeyd edib ki, 250 avtobusun 127-sində sürət məhdulaşdıcı cihazlar quraşdırılıb. Maksimum sürət 60-dır. Bu avtobuslar sürət həddini aşa bilmirlər. 123 avtobusa da bu qoyulan qərardan sonra şamil olunacaq.

Usta Ağamirzə Mirzəyev isə deyib: “Proqram təminatı ilə komputerlə avtobusların sürəti müəyyən edilir yazılır. Köhnə avtobuslarda isə, yanacaq nasosunda vinti tənzimləməklə mümkündür”.

www.yenicag.az

5885
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv