!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlərə “məktəbə gəlməyin” çağırışı edən müəllimdən şok sözlər - Nazirin menyusuna / VİDEO 

!Reklam – Yazi

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Nəcəfquliyeva Leyla Rəhim qızı orta məktəbdə ayaqyolunun olmamasından şikayətlənib.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə sözügedən orta məktəbdəki vəziyyətlə bağlı video paylaşan müəllim baş verən biabırçı duruma görə direktoru günahlandırıb.

Məktəbdə ayaqyolu tikilməyənə qədər məktəbliləri məktəbə gəlməməyə çağıran Leyla müəllimə bildirib ki, hadisə təxminən 2-3 ay öncə baş verib.

O, bir qarabağlı olaraq məktəbdəki problemləri gizlətməyinin doğru olmadığını vurğulayıb və direktoru sərt şəkildə tənqid edib:

“Direktor bu video ilə mənim məşhurlaşmaq istədiyimi bildirib. O direktora demək istəyirəm ki, mən müğənni deyiləm, məşhurlaşım. Siz o məktəbə gələndən sonra “banda” yaratdınız, təhsilin səviyyəsi aşağı düşməyə başladı. Məktəbdəki yeganə müəllimə mənəm ki, ilk ildən şagirdlərimin nəticələri yüksəkdir. Mən şagirdlərim üçün hər şey edəcəm. Direktor qohum-əqəbasının adını məktəbə yazdırmaqla məşğul olub. Gəlib baxsınlar, görsünlər vəziyyət nədir…”

Qeyd edək ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu hadisəyə görə Leyla müəllimənin məktəb rəhbərliyi tərəfindən töhmət aldığı ilə bağlı məlumat yayılıb. Mil-Muğan Regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev bu məsələ ilə bağlı qeyd edib ki, Leyla müəllimə 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb.

Gülşən Şərif

www.yenicag.az

18738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv