!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova İndoneziyaya səfər edəcək

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərinə səfər edəcək.

Parlamentdən Yenicag.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin sədrinin müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv