Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək bazarında yüksəlmək istəyən peşəkarlara dəvət ünvanlayıb:
“Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür”.