Şahmat üzrə Azərbaycan çempionatının final mərhələsinin ilk oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb.
Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.
3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan üstün olub. Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat mükafat alacaq.
www.yenicag.az