Şahmat üzrə Qran-pri turnirinin açılış mərasimi

media-hightechnic-468x90

1412186043472317278_600x400 (1)Oktyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-pri turnirinin üçüncü mövsümünün açılış mərasimi keçirilib.

Əvvəlcə ilk dəfə 2008-ci ildə Bakıda keçirilmiş Qran-pri turnirinin unudulmaz beynəlxalq qrossmeysteri Vüqar Həşimovun qələbəsinə və son illər Azərbaycan şahmatının nailiyyətlərinə həsr edilən videoçarx nümayiş olunub. Sonra Vüqar Həşimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və idmançılarımızın qazandıqları nailiyyətlərdən danışıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev bütün sahələrlə yanaşı, gənclərin mənəvi tərbiyəsində, fiziki və zehni inkişafında mühüm vasitə olan idmana da həmişə böyük diqqət göstərib.

Bildirilib ki, idmanın bu növü üzrə ilk Dövlət Proqramı məhz Azərbaycanda imzalanıb. Prezident İlham Əliyevin şahmatın inkişafı ilə bağlı imzaladığı Dövlət Proqramı uğurla həyata keçirilməkdədir. Məhz bunun nəticəsidir ki, kişi şahmatçılardan ibarət millimiz iki dəfə Avropanın ən güclü komandası seçilib. “SOCAR-Azərbaycan” klubu iki dəfə Avropa kubokuna sahib çıxıb.

Azad Rəhimov xatırladıb ki, ilk dəfə 2008-ci ildə keçirilmiş turnir mərhum qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatmışdı. Nazir əminliklə bildirib ki, bu turnirdə də bütün iştirakçılar öz qələbələrini unudulmaz Azərbaycan şahmatçısının xatirəsinə həsr edəcəklər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov belə bir turnirin yenidən ölkəmizdə keçirilməsinin xoş bir ənənə, bütün idmançılar üçün sevindirici hal olduğunu qeyd edib. O, bütün nailiyyətlərə verilən beynəlxalq qiymətin məhz birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, FİDE-nin 2012-ci ildə İstanbulda keçirilən konqresində 2015-ci ildə Dünya Şahmat Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində təşkil olunması qərara alınıb.

FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxışında turnirin yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, FİDE-nin 180-dan artıq üzvü arasında şahmatın inkişafı üzrə xüsusi Dövlət Proqramı ilk dəfə qəbul etmiş yeganə dövlət Azərbaycandır. K.İlyumjinov vurğulayıb ki, Prezident İlham Əliyevin idmanın, xüsusilə şahmatın inkişafına göstərdiyi diqqət digər ölkələrə də nümunə olmalıdır.

Açılış mərasimi incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600