Şahmatçılarımız kuboka qələbə ilə başladılar

media-hightechnic-468x90

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, ilk turda rəqib müvafiq olaraq, İngiltərənin “Şarks” və Fransanın “Filidor” kollektivləri olub.

“Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, “Odlar Yurdu” isə 2,5:1,5 hesabı ilə məğlub edib.

Avropa Şahmat Klub Kuboku

I tur

Kişilər

“Şarks” (İngiltərə) – “Vüqar Həşimov” (Azərbaycan) – 0,5:5,5

Peter Robertson – Rauf Məmmədov – 0:1

Racat Makkar – Vüqar Əsədli – 0:1

Ceyms Morebi – Əhməd Əhmədzadə – 0,5:0,5

Adam Bremner – Ülvi Sadıqov – 0:1

Hyu Mörfi – Xəzər Babazadə – 0:1

Liam Varnam – Anar Allahverdiyev – 0:1

Qadınlar

“Odlar Yurdu” (Azərbaycan) – “Filidor” (Fransa) – 2,5:1,5

Günay Məmmədzadə – Altan Uzi Enxtuul – 0,5:0,5

Ülviyyə Fətəliyeva – Annar-Mari Klek – 1:0

Gülnar Məmmədova – Mariya Navrotesku – 0:1

Xanım Balacayeva – Appolina Tomas – 1:0

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05