Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

media-hightechnic-468x90

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.

Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.

Ş.Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.(Report.az)

 

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa