Sakinlərə şad xəbər

media-hightechnic-468x90

8c2f815f6737527d7fee973a2faa803c“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Şirkətdən verilən məlumata görə, İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar 2015-ci il martın 16-dan 29-dək gücləndirilmiş iş rejimində işləyəcəyi nəzərdə tutulub.

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, “Qaz təsərrüfatının istismarı” şöbəsində və qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İB təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600