!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyan sakini uçan talvarın altında qaldı-Fotolar

!Reklam – Yazi

0b7b9c4b4a3487839a2357a25758d9c1Güclü qar Salyan rayonuna ziyan vurub.

Salyan rayon Fövqəladə Hallar Komissiyasından  verilən məlumata görə, təbii fəlakət nəticəsində rayona xeyli ziyan dəyib. Fevralın 21-də səhər saatlarından başlayaraq yağan güclü qar fevralın 22-si axşama kimi fasiləsiz olaraq davam edib. Qarın qalınlığı bəzi yerlərdə 60 santimetrə çatıb. Bildirilir ki, Salyana yağan qar son 30 ilin rekordudur.

Güclü qar rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində fəsadlar törədib. Rayonun Seyidlər kənd sakini, 43 yaşlı Bayram Şamil oğlu Əzizov fevralın 21-də günorta saatlarında həyətlərindəki talvarın uçqunu altında qalaraq dünyasını dəyişib.

İlkin məlumata görə, Salyan şəhəri və yaşayış məntəqələrində ümumi sahəsi 20 min kvadratmetr olan 200-dən artıq çardaq və yardımçı tikililər yağan qarın ağırlığından çöküb, müxtəlif markalı 61 avtomobilə ciddi ziyan dəyib.

Salyan şəhərinin ərazisində ümumi sahəsi 600 kvadratmetr olan 2 mərtəbəli ticarət obyektinin dam örtüyü çökərək satışda olan mebelləri yararsız hala salıb. 3 məktəb binasının, 1 tibb məntəqəsinin və 20 fərdi yaşayış evinin dam örtüyü çöküb. Xeyli sayda müxtəlif növ ağac aşaraq yolları kəsib. Güclü qar rayonda elektrik təsərrüfatına da ziyan vurub. Onlarla elektrik dirəyi aşıb. Nəticədə Salyan şəhərinin bir hissəsi və 49 yaşayış məntəqəsi işıqsız qalıb. Kənd təsərrüfatına da xeyli ziyan dəyib, xeyli xırdabuynuzlu heyvan tələf olub.

Rayonda 20 sahibkara məxsus 25 hektar istixana uçqun nəticəsində məhsulu ilə birlikdə məhv olub.

Hazırda rayonda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv