Salyanda ev yanıb

Salyanda yanğın olub.

Yenicag.az  FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Qaraçala kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evdə baş verib.

Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.