Salyanda yeni çörək zavodu
Salyanda müasir texnologiyalar əsasında qurulan yeni çörək zavodu istifadəyə verilib. Ekoloji cəhətdən tullantısız zavodda ilkin mərhələdə 33 nəfər işlə təmin olunub
Ərazisi 1050 kvadrat metr olan zavodda məhsuldarlıq əmsalı çox yüksəkdir. Buradakı texniki imkanlar müəssisənin təbii qaz, elektrik enerjisi və digər yanacaqla işləməsinə imkan yaradır.
Açılış mərasimində bildirilib ki, aqrar sektora, fermer və torpaq mülkiyyətçilərinə dövlət dəstəyi nəticəsində bu il rayonda 52,7 min ton taxıl istehsal olunub. Taxıl istehsalının ilbəil artdığı bir vaxtda bu cür emal müəssisələrinin yaradılması mühüm əhəmiyyət daşıyır və kənd təsərrüfatının sənaye əsaslarına keçidini stimullaşdırır.
Yeni zavodda müxtəlif çeşidli çörək məmulatları ilə yanaşı, diabet xəstələr üçün xüsusi tərkibli çörək istehsalı da nəzərdə tutulur.
Sonda mərasim iştirakçıları zavoddakı istehsalat şəraiti və texnoloji axın xətləri ilə tanış olublar.
(topnews.az)