Şamaxı “Ədəbiyyat paytaxtı” elan edildi

media-hightechnic-468x90

ef3a15bfe1d04aa53833c1e7aaab7c1fŞamaxı şəhəri 2015-ci il üçün “Azərbaycanın Ədəbiyyat Paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni “Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq olunub.

Martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci il üçün “Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları”nın təqdimat mərasimi keçiriləcək.

Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600