Şamaxı sakini həmyerlisini öldürdü

media-hightechnic-468x90

Şamaxı sakini həmyerlisini qətlə yetirib.

media-banner_tkm

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 24-də şəhər sakini Samir Əhmədovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin şəhər sakini X.Əliyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində X.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05