“Şamaxı” yoxlama matçında “Kəpəz”lə üz-üzə gələcək
Yeni mövsümün hazırlıqlarına iyunun 5-də başlayacaq “Şamaxı”nın yoxlama görüşündə qarşılaşacağı rəqiblərindən biri məlum olub.
Yenicag.az xəbər verir ki, bölgə təmilçisi üçüncü yoxlama oyununda “Kəpəz” ilə üz-üzə gələcək.
Qarşılaşma iyulun 26-sı Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyulun 14-də “Qəbələ”, bir həftə sonra isə “Karvan”la qarşılaşacaq.