Samira TƏƏSSÜFLƏNDİ: "Buna görə oxumaq istəmirəm"

media-hightechnic-468x90

“Musiqiləri elə bir duruma saldılar ki, mən artıq oxumaq istəmirəm”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Samira “Günə Bax” verilişində deyib.

O, bayağı musiqilərin meydan suladığı bir dönəmdə bəzən həvəsdən düşdüyünü, oxumaq istəmədiyini bildirib:

“Musiqiləri elə bir duruma saldılar ki, mən artıq oxumaq istəmirəm. Həvəsdən düşürəm. Artıq həvəs əvvəlki həvəs deyil. Vaxtilə bizim başımızın üstündə gözəl müəllimlərimiz olub, onlar heç vaxt bizə tərif söyləməyiblər. Bizə düzgün oxumağı öyrədiblər, bizi düzgün şəkildə tərbiyələndiriblər”.

Sənətçi bayağı adlanan musiqinin də fərqli tərzdə təqdimatının tərəfdarı olduğunu bildirib:

“O bayağı dediyimiz musiqilər də vaxtilə toylarda, el şənliklərində oxunurdu, o mahnıların da bir başqa ləzzəti var idi. O ifalarda da bir fərqlilik var idi. Demirik, indi oxumasınlar, oxusunlar, çünki musiqidə janr fərqliliyi var. Heç kim mənim oxuduğum kimi oxumayacaq, yaxud da mən başqası kimi oxumayacağam. Amma elə oxumaq lazımdır ki, dinləyəndə deyəsən, mənim janrımda olmasa da, amma maraqlı janrdır”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa