“Bunun adı mədəni dilənçilikdir…”
Bunu efirə çıxıb özünə həyat yoldaşı axtaran insanlarla bağlı fikirlərini bölüşərkən sənətçi Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi son vaxtlar telekanallarda yayımlanan və yüksək reytinq gətirən evlilik verilişlərindən danışıb və belə verilişlərə qarşı çıxdığını bildirib:
“O verilişlərin şitini çıxarıblar. Bütün telekanallar da bu işlə məşğuldurlar. Açığı, mən belə verilişlərə yaxşı baxmıram. Ola bilər, elə insanlar var ki, çevrəsi dardır, ünsiyyət, yaxud da ailə qurmaq üçün çevrələrində adam azdır, özlərinə ömür-gün yoldaşı seçməkdə çətinlik çəkirlər.
Evlənmək üçün efirə çıxıb elan verən kişini heç cür başa düşə bilmirəm. Qadını haradasa anlamaq olar, yəni xanım xanımdır, getdiyi dükan-bazardır, heç yerə çıxmır. Həyat yoldaşını harada tapsın? Efirə çıxıb özünə arvad axtarmağı isə kişiyə yaraşdırmıram.
Xüsusən yaşlı insanların çoxu bu verilişlərdən istifadə edirlər. Hesab edirlər ki, Elgiz, ya Zaur onlar üçün efirdə arvad, ya kişi axtarıb tapacaq, onlara havayı toy edəcək, müğənnilər gəlib toyda pulsuz oxuyacaq, hədiyyələr yığılacaq, cehiz düzəldiləcək. Bunun da adı mədəni dilənçilikdir. Mən belə şeyləri sevmirəm və buna qarşıyam”.
Cəvahir