Samsung Galaxy Note 4 artıq satışda

media-hightechnic-468x90

297905Analitiklərin pessimist proqnozuna və Samsungun səhmlərinin qiymətinin azalmasına baxmayaraq, şirkət rəhbərliyi əmindir ki, Cənubi Koreya nəhənginin mobil biznesi öz möhkəm özülü və texnoloji gücü sayəsində tezliklə bərpa olacaq.

media-banner_tuq

Bu gün Samsung Galaxy Note 4 fabletinin satışlarına start münasibəti ilə tədbirdə çıxış etmiş Samsungun mobil bölməsinin marketinq və satış bölməsinin direktoru Li Don-Cu belə bəyanatla çıxış edib. Top-menecer bildirib ki, yeni aparata tələbat əvvəlki modellərlə müqayisədə yüksək olmalıdır, xeyli sayda ilkin sifariş edilməsi buna əyani sübutdur.

Li Don-Cu deyib ki, başqa istehsalçıların 5-6 düymlük smartfonları öz praktikliyi ilə S Pen elektron qələmi ilə təchiz olunmuş Galaxy Note 4 ilə müqayisə oluna bilməz.

Bundan başqa, yeni aparat 2560×1440 piksel təsvir ölçülü 5.7 düymlük Super AMOLED ekran, 3 QB əməli və 32 QB daxili yaddaş, 16 meqapiksellik əsas və 3,7 meqapiksellik ön kameralar, həmçinin sürətli enerjidoldurma texnologiyasına malik 3220 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Aparata Android 4.4.3 əməliyyat sistemi quraşdırılıb, aparat hissəsindən modifikasiyadan asılı olaraq Qualcomm Snapdragon 805 və Samsung Exynos 5433 prosessorları cavabdehlik daşıyır.

Samsung Galaxy Note 4 sentyabrın 25-də ilk öncə Cənubi Koreya və Çində satışa çıxarılacaq. Oktyabrın sonuna kimi model daha 140 ölkənin bazarında əlçatan olacaq. (milli.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05