“Samsung” notbukların satışını dayandırdı
“Samsung” şirkəti Avropa ölkələrində PC və dizüstü kompüterlərin satışını dayandırıb. Buna səbəb isə, “Samsung” şirkətinin dizüstü və PC modellərinə olan marağın demək olar ki, olmamasıdır.
“Samsung” şirkətinin dizüstü kompüterlərdən və PC-lərin satışından imtina edərək Avropa bazarından çıxması bir çox mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Bu qərarın yaxın gələcəkdə başqa ölkələrə də tətbiq ediləcəyini açıqlayan “Samsung” şirkəti, bunun əvəzində “ağıllı” telefon satışını artıracağını açıqlayıb. Bununla Avropada yaşayan texnologiya istifadəçiləri yalnız “HP”, “Acer”, “Lenova”, “Toshiba” və digər şirkətlərin dizüstü kompüterlərini ala biləcəklər.