!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Samsung”dan 2 yeni smartfon

!Reklam – Yazi

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+” adlı modellər 720×1480 piksel təsvir ölçülü 6 düymlük displey, 3300 milliamper/saat tutumlu akkumulyator və 4 nüvəli prosessorla təchiz edilib.

Yenicag.az xəbər verir ki, “Galaxy J6+” smartfonu 3/4 giqabaytlıq əməli yaddaş, 32 və ya 64 giqabaytlıq daxili fləş yaddaşa malik versiyalarda, “Galaxy J4+” aparatı isə 2+16 giqabayt və ya 3+32 giqabaytlıq versiyalarda əlçatandır.

“Galaxy J6+” smartfonunun kənar tərəfində barmaq izləri skaneri quraşdırılıb, 13+5 meqapiksellik ikiqat əsas kamera ilə təchiz edilib. Qara, gümüşü və qırmızı rəngli korpuslarda əlçatandır. “Galaxy J4+” aparatında barmaq izləri skaneri mövcud deyil, 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Qara, qızılı və qırmızı rəngli korpuslarda əlçatandır. “NFC” texnologiyasının dəstəklənməsi regiondan asılıdır./Azərtac/

www.yenicag.az

4095
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv