Koronavirusun smartfonda yaşama MÜDDƏTİ

media-hightechnic-468x90

Koronavirusun lazımınca dezinfeksiya olunmamış smartfonun ekranında bir həftə yaşaya biləcəyi açıqlanıb.

Yenicag.az xəbər verir ki, Southampton Universitetinin professoru Uilyam Kivill yalnız əlləri yumaqla virusun yayılmasının dayandırılmayacağını qeyd edib: “Əllərinizi yuyandan sonra telefonun ekranına, sonra da üzünüzə toxunursunuzsa, yoluxmaq ehtimalınız xeyli artmış olur”.

Həmçinin Vaterloo Universitetinin professoru Piter Holl da smartfonu mikroorganizmlər yetişdirildiyi Petri nimçələrilə müqayisə edərək istifadəçiləri gündə iki dəfə telefon ekranını təmizləməyə çağırıb.

Səhiyyə ekspertlərinə görə, virusdan qorunmaq üçün spirtli salfetlər daha səmərəlidir.

“Discout”a görə, insan gündə orta hesabla 2 660 dəfə telefonunu götürür. Belə ki, öskürək, asqırmaq, hətta adi tənəffüs nəticəsində islanmış ixtiyari əşya potensial olaraq təhlükə mənbəyinə çevrilə bilər./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600