Samuxda qəza törədilib

media-hightechnic-468x90

60952Samuxda avtomobil aşıb.
Samux rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində baş verib.

Samux rayon sakini, 1990-cı il təvəllüdlü Həmzəyev Rza Rövşən oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırdıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan R. Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul xidmətinin əməkdaşıdır. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600