Samvel Karapetyan yeni siyasi hərəkat QURUR – Paşinyan göstəriş VERDİ

media-hightechnic-468x90

Erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın təşəbbüsü ilə yaradılan “Bizim yol” adlı xalq hərəkatının təsisçiləri və üzvləri Ermənistanın müxtəlif bölgə və icmalarında aktiv qruplar formalaşdırırlar.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak məlumat yayıb.

Erməni nəşri yazır ki, hər yerdə 4-5 nəfərlik kiçik qruplar yaradılır və onların əsas məqsədi hərəkatı daha geniş miqyasda təşkilatlandırmaqdır.

Eyni zamanda sosial şəbəkələrdə hərəkatın təbliğatı aparılır və vətəndaşlara “Bizim yol”a qoşulmaq çağırışları edilir. Məlumatlara görə, təşkilat ofislər kirayələyir, müzakirələr və toplantılar keçirir, həmçinin bəzi şəxslərin minimum xərclərini qarşılayır.

Lakin hərəkatın fəaliyyəti Ermənistan hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalmayıb. İddialara görə, Baş nazir Nikol Paşinyan tərəfindən aidiyyəti strukturlara prosesləri yaxından izləmək, hərəkat üzvlərinə qarşı işlər açmaq və müxtəlif ittihamlarla təzyiq göstərmək barədə göstəriş verilib. Məqsəd isə yeni siyasi qüvvənin formalaşmasının qarşısını almaq üçün mümkün qədər səs-küylü “şou”lar təşkil etməkdir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa