Şaraa COP30-da iştirak üçün Braziliyaya gedir
Suriya prezidenti Əhməd Əl Şaraa Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində keçirilən COP30 Liderlər Sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Qeyd olunur ki, Şaraa müxtəlif ölkələrdən onlarla lider və dövlət başçısının iştirakı ilə keçiriləcək sammitdə iştirak etmək üçün noyabrın 6-7-də Braziliyaya rəsmi səfər edəcək. Bildirilib ki, bu, Suriyadan prezidentlərin sammitdə ilk iştirakı olacaq.
Liderlər Zirvə görüşündən sonra 10-21 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (COP30) keçiriləcək. COP30-da çoxsaylı ölkələrdən nümayəndələrin, həmçinin özəl sektordan və vətəndaş cəmiyyəti təşkilatlarından minlərlə insanın iştirakı gözlənilir. /unikal












