!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyanın dövründə 42 milyon dollara alınan silahların aqibəti BƏLLİ OLDU

!Reklam – Yazi

Ermənistanda 2018-ci il inqilabından sonra həbs edilən polkovnikə qarşı açılan cinayət işi 6 il sonra İstintaq Komitəsi tərəfindən bağlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzetinə Ermənistan İstintaq Komitəsinə yaxın mənbələr məlumat verib.

Qeyd olunur ki, 44 günlük müharibənin təhqiqat komissiyasının üzvü, Radioelektron Mübarizə Qoşunları Şöbəsinin sabiq rəisi Vahan Avetisyanın işi Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə ötürülüb.

Xatırladaq ki, Avetisyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə 42 milyon dollara alındığı iddia edilən yararsız silahlarla bağlı cinayət işi çərçivəsində ittiham olunmuşdu. O, 6 ay həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılmışdı. Əvvəlcə iş Milli Təhlükəsizlik Xidməti tərəfindən araşdırılırdı, lakin daha sonra Hərbi İstintaq İdarəsinə təhvil verilmişdi. Nəticədə, istintaq orqanı 6 il ərzində işi araşdırdıqdan sonra cinayət işini bağlamaq qərarına gəlib. Beləliklə, hüquq-mühafizə orqanları Serj Sarkisyanın hakimiyyəti dövründə alınan 42 milyon dollarlıq silahların yararsız olduğunu sübut edə bilməyib. Məhz bu səbəbdən, əldə edilən etibarlı məlumatlara görə, cinayət işi bağlanıb.

Rafi Müslümov

www.yenicag.az

87
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv