Savaş DALANA DİRƏNİB: Ukrayna da itirir, Rusiyanın da uğuru yoxdur - ŞƏRH

media-hightechnic-468x90

“Rusiyanın Pokrovsku əldə etməyə çalışması heç bir strateji əhəmiyyət daşımayacaq”.

media-1708322862_screenshot_7

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

Politoloq son aylar Rusiyanın Donetskin Pokrovsk kəndini ələ keçirməyə cəhd etməsi, bütün uğursuzluqlara rəğmən israrla hücumları davam etməsini şərh edərək bu kəndin ələ keçirilməsində Rusiyanın məqsədini açıqlayıb:

“Ümumiyyətlə Rusiya hərbi əməliyyatlarını davam etdirir. Asta-asta olsa da müəyyən yaşayış məntəqələrini ələ keçirməkdədir. Bu təkcə Donetskdə deyil, digər istiqamətlərdə də bir neçə yaşayış məntəqəsini ələ keçirdi. Rusiyanın bu irəliləyişləri hər hansı strateji, ciddi dəyişikliklərə səbəb olacağına inanmıram. Bu taktiki gedişdir. Rusiya bacardığı qədər özünü həm daxildə həm də xaricdə qalib kimi göstərməyə çalışır, həm də əlini möhkəmləndirməyə cəhd edir. Bacardıqca Rusiyanın ən böyük hədəfi Donetskdə sərhədə çıxmaqdır və bütöv Donetsk üzərində nəzarəti ələ keçirməkdir. Bu nə qədər effektiv olacaq bilmək olmaz”.

M. Bünyadlı qeyd edib ki, Qərb Ukraynaya dəstəyi azaldarsa Rusiya o zaman məqsədinə çata bilər:

“Artıq qərbin də Rusiyaya qarşı beynəlxalq sanksiyaları getdikcə güclənir. Bu fonda Rusiyanın uğur qazanacağı o qədər də inandırıcı görünmür. Əgər bu müharibə uzun müddət davam edərsə Qərbin Ukraynaya dəstəyi azalarsa o zaman Rusiya hərbi potensialını gücləndirmək imkanına malik olacağı halda hansısa ciddi nəticələri əldə edəcək, o zaman sülh danışıqlarına gedə bilər. Hazırkı halda isə bu Rusiya üçün elə də taktiki cəhətdən böyük uğur gətirsə də, strateji cəhətdən uğur sayılmaz. Bu sadəcə müəyyən kampaniya üçün istifadə olunur və bacardıqca da daha çox ərazini öz nəzarətinə keçirməyə xidmət edir. Burda itirən Ukraynadır amma Rusiyanın da ciddi uğurlar əldə etməsi mümkün deyil”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa