!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Savaş qısa müddətdə Rusiya haqqında bir neçə mifi dağıtdı” – İsrailli hərbi ekspert

!Reklam – Yazi

“Rusiya kəşfiyyatı ötən əsrin 30-cu, 50-ci illərində ilişib qalıb və aşağı peşəkarlıq səviyyəsi ilə seçilir”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiya ordusu ilə digər hərbi strukturlarının vəziyyətini dəyərləndirən İsrailli hərbi ekspert Devid Şarp deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi xidmətləri bu savaşda özlərinin qeyri-peşəkarlıqlarını nümayiş etdiriblər:

“Müharibə Rusiya haqqında “dünyanın ikinci ordusu” mifini dağıtdı. Bundan başqa, dünyada belə bir mif də dolaşırdı ki, Rusiya kəşfiyyatı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin MOSSAD-ı ilə eyni gücdədir.

Dünya üzrə qovulan diplomatların sayını nəzərə alsaq, Rusiya kəşfiyyatının nə qədər zəiflədiyini təxmin etmək olar. Fikrimcə, Rusiyanın “ikinci ordu” və “güclü kəşfiyyat” mifləri məsələnin dərinliyinə getmək istəməyənlər arasında yayılırdı. Bu barədə iddialar böyük savaşdan əvvəl də vardı.

Ümumiyyətlə, Rusiya kəşfiyyatı ötən əsrin 30-cu, 50-ci illərində ilişib qalıb və aşağı peşəkarlıq səviyyəsi ilə seçilir. Rusiya ordusunun da iddia edildiyindən xeyli zəif olduğu üzə çıxdı. Ancaq hər bir halda onu hesabdan silmək olmaz”.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv