Saxta erməni soyqırımının “100 illik” ifşası…
İlqar İlkin: “Avropa Parlamenti qarşısında və Strasburqda gələn ilin fevralın 26-da Xocalı soyqırımı günü mitinqlər təşkil edəcəyik”
Gələn il ermənilər qondarma soyqırım hadisəsinin 100 illiyini qeyd etməyi düşünürlər. Bu saxtakarlığın ifşa edilməsi üçün Azərbaycan rəsmilərilə yanaşı, ictimai təşkilatların da prosesdə fəal olması gərəkdir. Bu istiqamətdə Azərbaycanlılar və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi hər il müəyyən işlər görür. Görəsən, gələn il üçün onların bu sahədə hansı planları var?
Bu barədə Yenicag.az saytına açıqlamasında mərkəzin icraçı katibi İlqar İlkin bildirdi ki, ermənilərin saxta soyqırım hadisəsinin ifşası yolunda əsas addımı Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlarda görürlər. Ona görə də, gələn il də məhz bu istiqamətdə addım atmaq niyyətindədirlər: “Yalançı erməni soyqırımına qarşı tutarlı şəkildə istifadə edə biləcəyimiz məqam əsasən Xocalı soyqırımıdır ki, ermənilər tərəfindən dinc sakinlərə qarşı törədilib. Hər il Strasburq şəhərində Xocalı soyqırımı ilə bağlı aksiyalar təşkil edirik. Artıq 5 ildir ki, fevral ayının 26-da Strasburq Azərbaycan Evi ilə həmin şəhərdə bu tədbiri keçiririk. Eyni zamanda, bu şəhərdə yerləşən insan haqları təşkilatları ilə də Xocalı soyqırımının tanıdılması istiqamətdə işlər aparmışıq. Bundan başqa, 2011-ci ildə Brüsseldə, Avropa Parlamentində qaçqınlarla bağlı konfrans keçirdik. 2015-ci ildə də ermənilərin saxta soyqırımı ifşa etmək üçün Avropa Parlamenti qarşısında və Strasburqda Belçika Azərbaycanb Cəmiyyətilə bir yerdə yenə də fevralın 26-da Xocalı soyqırımı günü mitinqlər təşkil edəcəyik. Uydurma erməni soyqırımının ifşa edilməsi yolunda Xocalı soyqırımının dünyada tanıdılması düşünürük ki, daha yaxşı arqument ola bilər. Bu səfərlərə Xocalıdan olan canlı şahidləri də götürəcəyik”.
Rüfət/Yenicag.az