Saxta polislər tutuldu

media-hightechnic-468x90

sadhyu“Karat” MMC-dən oğurluq etmiş şəxs və ondan oğurluq etmiş saxta polislər tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Abşeron rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə tutulmuş Ramil İmaməliyevin cari ilin may ayının 1-də 8-ci mikrorayon ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən “KİA” markalı avtomobilə oturdulub Xırdalan şəhərinin ərazisinə aparılması və orada ona hədə-qorxu gələrək oğurlanmış puldan 450 min manatının alınması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600