!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Saxtakarlıq edərək partiya üzvlərinin sayını şişirdib dövləti və cəmiyyəti aldatmaqdansa...” – REAKSİYA

!Reklam – Yazi

“Onsuz da cəmiyyətin tanıdığı o şəxslər partiya sədri olmadan da müstəqil siyasətçi kimi fəaliyyət göstərə bilər”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşmaqda çətinlik çəkən partiyaların öz fəaliyyətini dayandırmalarına münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda dövlət qeydiyyatından keçmiş altmışa yaxın partiyanın əksəriyyəti beş-on, yaxud iyirmi-otuz nəfərlik toplumdan ibarətdir:

“Siyasi partiyaların yeni qanuna uyğunlaşmaları prosesinin normal getdiyini düşünürəm. Əslində, heç kimi aldatmaq lazım deyil, əksəriyyət bilir ki, sadəcə, sədrindən və onun ailə üzvlərindən ibarət olan partiyaların sayı kifayət qədərdir. Vaxtilə qanunun verdiyi imkandan istifadə edərək dövlət qeydiyyatına alınmışdılar.

Açıq deyək, hazırda dövlət qeydiyyatından keçmiş altmışa yaxın partiyanın əksəriyyəti beş-on, yaxud iyirmi-otuz nəfərlik toplumdan ibarətdir. Mən Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəriyəm və bizim qurumda çalışanların sayı 50-yə yaxındır. Hərdən zarafatla deyirdim ki, bizim komitə onlarla, bəlkə ondan da çox partiyadan daha güclüdür.

Ona görə də özümüzü və cəmiyyəti aldatmadan, yeni qanunvericiliyə uyğun olaraq, üzvlərinin sayını beş min nəfərə çatdıra bilməyən partiyaların fəaliyyətinin dayandırılması normaldır.

Amma burada sevindirici məqam ondan ibarətdir ki, partiyalar reallığı düzgün qiymətləndirərək fəaliyyətlərini dayandırmaları haqda bəyanatla çıxış edirlər. Yoxsa inadkarlıq göstərərək saxta sənədlər tərtib etməklə, qohum-əqrəbanın adını yazmaqla üzvlərin sayını şişirdib dövləti və cəmiyyəti aldatmağın sonu gedib məhkəməyə çıxacaq. Məhkəmədə isə hər şey üzə çıxacaq.

Partiya sədrlərinin demək olar, hamısını tanıyıram, onlara müraciət edirəm ki, yeni qanuna uyğunlaşsınlar. Ya bir neçə partiya birləşib beş min üzv tələbini yerinə yetirsin, ya da öz fəaliyyətlərini dayandırsınlar. Onsuz da cəmiyyətin tanıdığı o şəxslər partiya sədri olmadan da müstəqil siyasətçi kimi fəaliyyət göstərə bilər. Şəxsi fikrim belədir ki, Azərbaycan kimi ölkədə on beş-iyirmi partiyanın olması yetərlidir”.

A.Zeynalov

www.yenicag.az

436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv