SDU-da tədbir keçirildi

media-hightechnic-468x90

10947788_719758344789812_713458741_n

Sumqayıt Dövlət Universitetinin Ritorika Universal Klubu “Reduco”Tədris Mərkəzinin təşkilati dəstəyi ilə “20 Yanvar həqiqətlərini İctimaiyyətə 5 dildə çatdırırıq” adlı tədbir təşkil etdi.  Müxtəlif layihələri ilə diqqət mərkəzində olan Ritorika Universal Klubunun komandası bu dəfə öz vətəndaşlıq borclarını yerinə yətirmək üçün bir araya gəldilər.

Sözügedən klubun  “Reduco” Tədris Mərkəzində təşkil etdiyi “20 Yanvar həqiqətlərini ictimaiyyətə 5 dildə çatdırırıq” adlı tədbirində Sumqayıt şəhər İdman və Baş İdarəsinin Gənclərlə iş sektorunun Baş məsləhətçisi Ceyhun Hüseynov,”Reduco” tədris mərkəzinin nümayəndələri, Sumqayıt Dövlət Texniki Kollecinin İngilis dili müəllimi Afət xanım və həmin kollecin tələbələri, Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etmişlər.Tədbirdə tələbələr ingilis, rus, ərəb və alman dillərində çıxış edərək 20 Yanvar həqiqətlərindən danışmışlar.

Sonda tədbirin fəxri qonaqlarından olan Ceyhun Hüseynov və Afət xanım da öz fikirlərini bildirmiş, belə tədbirlərin gənclər tərəfindən təşkil edilməsinin təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Eyni zamanda  gənclərə bu işlərində uğurlar diləyib.

Qeyd edək ki,bu tədbir Ritorika Universal Klubunun “Reduco” Tədris Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində keçirdiyi ilk tədbirdir.

Samir Aslan

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600