Səbaildə saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olundu

media-hightechnic-468x90

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib. Tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600