!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbuhi Məmmədli torpağa tapşırıldı - YENİLƏNDİ/FOTOLAR

!Reklam – Yazi

Tanınmış jurnalist Səbuhi Məmmədli dəfn edilib. O, Ucar rayonunun Müsüslü kəndində torpağa tapşılıb. 

Yenicag.az xəbər verir ki, bu barədə Qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu məlumat yayıb. Mərhumla vida mərasimində həmkəndliləri ilə yanaşı qələm dostları, tanınmış ictimai xadimlər iştirak ediblər.

Qeyd edək ki, mərhumda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb.

Allah rəhmət eləsin.

***

14:36

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Lent.az-a onun oğlu Ramal Məmmədli məlumat verib.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli hemodializ müalicəsi aldığı Yeni Klinikada dünyasını dəyişib.
Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdu.

Allah rəhmət eləsin!

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv