!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkilər dövründə sosial şəbəkələrdə saxta xəbərlərin yayımlanması da…” – Rəşad Məcid

!Reklam – Yazi

“Media əvvəlki illərdə olduğu kimi, xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası MSK), Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkil etdiyi bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədəki çıxışı zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı 7 fevral seçkilərində mütəşəkkillik göstərərək öz gələcəyinə biganə olmadığını nümayiş etdirməlidir:

“Televiziya əməkdaşlarına dünən Prezident İlham Əliyev ilə keçirilən müsahibə ilə bağlı təşəkkürlərimi bildirirəm. Ona görə ki, Prezident seçkilərinin növbədən kənar keçirilməsi ilə bağlı fikirlər bu yolla ətraflı şəkildə səsləndirildi və ictimaiyyətə çatdırıldı. Yeni dövrdə keçiriləcək ilk seçkilər olduğunu nəzərə alsaq, mətbuatımızın üzərinə bu dövrdə daha böyük yük düşür.

Milli ideologiyaların yeni prinsipləri hazırlanmalıdır. Mətbuatımızın çiyninə də böyük yük düşür. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün jurnalistlərin əməyinə yüksək qiymət verdi. Buna görə təşəkkür edirik. Media əvvəlki illərdə olduğu kimi, xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq. MSK ilə Mətbuat Şurası arasında uzun illər əməkdaşlıq olub.

Onu da qeyd edək ki, seçkilər dövründə sosial şəbəkələrdə saxta xəbərlərin yayımlanması da problem hallarından biridir. Bu kimi problemlərlə mübarizədə peşəkar media mühüm əhəmiyyət kəsb edir. Belə halların qarşısının alınmasında məhz peşəkar media öz rolunu göstərəcək və bu kimi halların qarşısını real xəbərlərlə alacaq.

20 il öncə oktyabrın 15-i ali seçki günü idi, 20 il sonra isə ən parlaq tarixə çevrildi. 7 fevalda Azərbaycan öz tarixinin əzəmətli günlərindən birini yaşayacaq. Hər birimizi seçkilərdə iştirak edərək dünyaya Azərbaycan xalqının səviyyəsini göstərməli, bu xalqın gələcəyə biganə yanaşmadığını nümayiş etdirməliyik”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv