Türkiyəli müğənni Seda Sayan şəxsi həyatı ilə gündəmə gəlib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin 7-ci həyat yoldaşı Çağlar Öktənlə boşanma ərəfəsində olduğu iddia edilir.
Sayanın isə məsələ barədə açıqlama verməməsi şaiyələrin artmasına səbəb olub.
Qeyd edək ki, Seda Sayan özündən 25 yaş kiçik Çağlarla ötən ilin aprelində ailə qurub.
www.yenicag.az