"Seda"nın ölümünü eşidən "Moşu": "Bağışlayın, rayondayam..."

media-hightechnic-468x90

“Firəngiz Rəhimbəyovanın ölümündən xəbərim yoxdur”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Xalq artisti Valeh Kərimov (Moşu obrazının ifaçısı) “Bəxt üzüyü” filimində tərəf müqabili olan aktrisa-müğənni Firəngiz Rəhimbəyovanın (Sevda obrazının ifaçısı) ölümündən danışarkən deyib. Həmkarının ölüm xəbərini eşidən aktyor onunla bağlı danışmaq istəmədiyini bildirib:

“Allah rəhmət eləsin, indi sizdən eşidirəm. Rayondayam, bağışlayın, danışmağa heç cür imkanım yoxdur”.

Qeyd edək ki, müğənni-aktrisa Firəngiz Rəhimbəyova avqustun 16-da 62 yaşında ürəktutmasından dünyasını dəyişib.

“Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub./Qaynarinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05