“Səfər Mehdiyev getsin gömrük məntəqələrinin qarşısına və görsün ki...” – ETİRAZ

media-hightechnic-468x90

“Gömrük orqanları ilə işi olanların dediyinə görə, gömrükdə rüşvət baş alıb gedir”.

Bu fikirləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin haqqın.az-a müsahibəsində biznesmenlərdən rüşvətxor gömrük məmurları haqqında məlumat istəməsi haqda fikirlərinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Onun fikrincə, Səfər Mehdiyev rəhbərlik etdiyi qurumdakı rüşvətxorları aşkarlamaq istəyirsə, gömrük məntəqələrinin qarşısına getməlidir:

“Gömrük Komitəsinin sədri bunu bilmək istəyirsə, getsin gömrük məntəqələrinin qarşısına, dayansın və görsün ki, kimdən nə qədər, həm də necə istəyirlər.

Digər tərəfdən, Gömrük Komitəsindəki qanunsuzluqları aşkarlamaq üçün daxili təhlükəsizlik xidməti olmalıdır, bu işi də o struktur görməlidir.

Heç kəs gəlib onun üçün cinayətkar tutmayacaq. Əgər o təmizdirsə, təmizlik aparmaq istəyirsə, özü bu işləri həyata keçirməlidir.

Gömrük orqanları ilə çoxdan əlaqəm olmasa da, həmin qurumla işi olanların dediyinə görə, gömrükdə rüşvət baş alıb gedir”.

A.Zeynalov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600