Səfir şərh verməkdən imtina etdi
Ukraynanın Ermənistandakı səfiri İvan Kuxta rəsmi Kiyevlə Bakı arasında hərbi sahədə əməkdaşlığa dair məsələ barədə şərh verməkdən imtina edib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu gün İrəvanda keçirilən mətbuat konfransında ona “Ukraynanın və Azərbaycanın qarşılıqlı hərbi yardım haqqında” sual ünvanlanıb.
Səfir deyib ki, iki ölkə arasında ticarət əlaqələri mövcuddur. Amma hərbi məsələlər barədə heç nə deyə bilmərəm: “Unutmayın ki, mən Ukraynanın Azərbaycandakı yox, Ermənistandakı səfiriyəm.”
Diplomat başqa ölkələrin Ukrayna böhranına təsiri barədə suala cavabında vurğulayıb ki, münaqişə Avropadakı və dünyadakı vəziyyətə təsir göstərir: “Faktiki olaraq, Avropanın mərkəzində döyüş gedir. BMT, ATƏT, NATO kimi nüfuzlu təşkilatlar münaqişənin sülh yolu ilə nizama salınması üçün ciddi səy göstərməlidir.”