!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirliyə hücumun PƏRDƏARXASI: “Terroru törədən şəxs...”

!Reklam – Yazi

“Bu bacarıqsızlığa görə İran hakimiyyəti məsuliyyət daşımalı, beynəlxalq hüquq qarşısında cavab verməlidir”.

Bunu Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücumla bağlı danışan siyasi şərhçi Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, gərgin İran-Azərbaycan münasibətlərində bu ilk hadisə deyil:

“Hadisə terror aktıdır. Baş verənlər Azərbaycan-İran gərginliyini artıracaq. Səfirliyimizə hücum İran hakimiyyətinin Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olmadığının göstəricisidir. Maraqlı olsa idi, Azərbaycan səfirliyinin qorunmasına əlavə qüvvə cəlb edərdi. Nəticə etibarilə İran səfirliyimizin təhlükəsizliyinə qarşı soyuq yanaşıb.
Londondakı hücumda da İranın əli olduğu iddia edilirdi. Hücumu gerçəkləşdirən şəxs İranda təhsil almış din adamıdır. Hansı formada və kim tərəfindən gerçəkləşdirilməsinə baxmayaraq, İran bu məsələdə məsuliyyət daşıyır. İran hakimiyyəti etibarsızdır, xarici ölkə missiyalarının təhlükəsizliyini təmin etməyi bacarmır. Bu bacarıqsızlığa görə İran hakimiyyəti məsuliyyət daşımalı, beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.”.

Nəsimi Ələsgərli

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv