"Səhərdən hamı mənə bu xəbəri atır" – Məşhur aktrisa OD PÜSKÜRDÜ
Keçmiş əri tərəfindən maşını əlindən alındığı deyilən Xəyalə Quliyeva əsəbiləşdi: “Yalan məlumatdır”
“Səhərdən hamı mənə xəbər atır. Bu nə məlumatdır? Hamısı yalandır. Maşınımdayam, maşınımda da olacam”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva sosial şəbəkədəki videopaylaşımında deyib.
O, “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzması barədə yayılan xəbərləri qəti şəkildə təkzib edib. Aktrisa sükan arxasında çəkdiyi görüntüləri paylaşaraq avtomobilinin hələ də özündə olduğunu nümayiş etdirib.
Qeyd edək ki, “Teleqraf”ın əldə etdiyi məlumata görə, aktrisanın keçmiş həyat yoldaşı Yusif Musayev birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün məhkəməyə müraciət edib. İddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə “Maşın Şou” televiziya layihəsində udduğu “Nissan Kicks” markalı avtomobilin də adı keçir. Yusif Musayev həmin avtomobil üzərində bərabər payın müəyyən edilməsini tələb edir.
Nehru













