Şəhid atası dünyasını dəyişdi

media-hightechnic-468x90

Vətən müharibəsi şəhidi Cahangir Baxışovun atası vəfat edib.

Yenicag.az xəbər verir ki, Əmrah Baxışov yaşadığı Qobustan rayonunda xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, C. Baxışov 2001-ci ilin aprelin 1-də Qobustanın Nardaran kəndində anadan olub.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Cahangir 2020-ci ilin oktyabrın 9-u şəhid olub. “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa