!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid atası: “Oğlumun yolunu hələ də gözləyirəm” – MÜSAHİBƏ

!Reklam – Yazi

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Bu gün Azərbaycanın ərazi bütövlüyünü tam təmin edən lokal xarakterli, ildırım sürətli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

Haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də Altun Əliyevdir.

Tərcümeyi-hal:

Altun Tağı oğlu Əliyev 2002-ci ilin mart ayının 24-də Quba rayonunun Təngəaltı kəndində dünyaya gəlib. Quba rayonu, Təngəaltı kənd orta məktəbində təhsil alıb.

Bakı Avrasiya Universitetini bitirib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Daxili qoşunlarının hərbi qulluqçusu Altun Əliyev, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.

Qəhrəman əsgər Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 19-da Ağdərə ərazisindəki hərbi əməliyyat zamanı şəhid olub. Quba rayonu, Təngəaltı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.

ShimalNews-ın əməkdaşı şəhidin atası Tağı Əliyev ilə danışıb.

 – Tağı bəy, bildiyimiz qədərilə Altun hərbçi olub. Oğlunuz döyüşə nə zaman qatıldı?

– Altun çox mehriban, ailəcanlı, vətənini sevən bir insan idi. Oxuduğu kənd məktəbində müəllimlərinin və şagird yoldaşlarının sevimlisi olub. Onun dostları çox idi. Oxuyub, ali savadlı peşəkar hərbçi olmağı, Vətənə xidmət etməyi arzulayırdı. Oğlum təhsilini yarımçıq qoyub, hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra hərbidə qaldı.

– Oğlunuz ilə sonuncu dəfə nə zaman danışdınız?

– Sentyabrın 3-də gəldi, dedi ki, “bizi təlimə aparırlar”. Müharibəyə getdiyini gizlətdi. Daha sonra heç görüşmədik. Ara-sıra zəng edirdi. Lakin yenə də bizə nə isə demirdi.

-Tağı bəy, hər iki oğlunuzun hərbçi olduğunu dediniz.

– Lokal antiterror tədbirləri zamanı hər iki oğlum döyüşdə idi. Bir oğlum şəhid oldu, digəri Laçında qəzaya düşdü.

– Altunun qayıdışını necə gözləyirdiniz?

– Oğlumun şəhid olacağı ağlıma gəlməzdi. Ta ki, sentyabrın 19-u axşam xəbər gələnə qədər.. Elə indi də onun yolunu gözləyirəm. Ümid edirəm ki, nə vaxtsa gələcək. Gözümüz yollardadır…

COP29

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv