Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salındı

media-hightechnic-468x90

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb.

Yenicag.az xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.

Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600