Reklam: High Technic
hightechnic

Şəhid hərbçimiz dəfn olundu

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib.

Şəhid yaylım atəşi ilə son mənzilə yola salınıb.

F. Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, iki oğlu var.

www.yenicag.az

1694